Xəzər Gənclər Mərkəzi

“Xəzər Gənclər Evi” sosial xidmət müəssisəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən qeyri-kommersiya qurumudur. Əsas məqsədləri ölkədə həyata keçirilən gənclər siyasətinin geniş miqyaslı təbliği, məlumat-maarifçilik fəaliyyəti, bu sahəyə dəstək verilməsi və onun təşviq edilməsinə xidmət edən layihələrin həyata keçirilməsi və eyni zamanda da gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsidir.

Fəaliyyət istiqamətləri

  • Vətənpərvərlik tərbiyəsi;
  • Sağlam həyat tərzinin təbliği;
  • İctimai həyatda iştirak;
  • Məşğulluq;
  • Asudə vaxt;
  • Yaradıcılıq.

Xidmətlər

  • Psixoloji təlimlər və konsultasiya
  • İntellektual yarışmalar
  • Mafia club
  • Ekskursiyalar
  • Bərbərlik kursu
  • İngilis və rus dillərində danışıq klubları
  • Gitara və rəqs kursları
  • Kompyuter kursları
  • Yoga klubu
  • Kino klubu
  • Şəxsi inkişaf layihələri

Xəzər Gənclər Mərkəzi sosial şəbəkələrdə: