Xəbərlər

Məşğulluğun inkişafına dəstək

Gənclərin İnkişaf və Karyera Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə məşğulluğun inkişafına dəstək olmaq məqsədilə “Karyeranı bizimlə qur” layihəsi keçirilmişdir. Layihənin məqsədi işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Bu istiqamətdə 15 nəfər iştirakçıya 2 həftə davamlı şəkildə […]

Gələcəyə doğru

15 İyun tarixində Bakı Konqres Mərkəzində məzun gününə həsr olunmuş “Gələcəyə doğru” adlı tədbir keçirilmişdir. Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzi də təmsil olunmuşdur. Məzunlar mərkəzin stendinə yaxınlaşaraq fəaliyyət istiqamətləri, gənclərə təqdim edilən imkanlar haqqında geniş şəkildə məlumat əldə etmişdir.