Struktur

Çingiz Əsgərli

Azərbaycan Respublikasının Gənclər Fondunun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru

Əsgərli Çingiz 7 fevral 1990-cı il tarixində anadan olub. 2006-cı ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2010-cu ildə bakalavr təhsilini yekunlaşdırıb. 2015-2016-cı illərdə Qazaxstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının Dövlət və bələdiyyə  idarəetməsi fakültəsi üzrə magistr təhsili alıb.

2012-ci ilin avqust ayında Yasamal rayon Məhkəməsində məsləhətçi vəzifəsinə təyin olunub.

2013-cü ilin yanvar ayında Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatında Hüquq şöbəsinin məsləhətçi vəzifəsinə təyin olunub.

2018-ci ilin may ayında Azərbaycan Respublikasının Gənclər Fondunun Hüquq kadrlar və kargüzarlıq şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının qərarına və İçraçı direktorun 15 noyabr 2018-ci il  tarixli k-57 saylı əmrinə əsasən  Azərbaycan Respublikasının Gənclər Fondunun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru vəzifəsinə təyin olunub.

Nümayəndələr

Rəvanə Həşimova

Bakı nümayəndəliyin direktoru

Kənan İbrahimov

Şəmkir nümayəndəliyin direktoru

İsmayıl Süleymanov

Qazax nümayəndəliyin direktoru