Gənclərin İnkişaf və Karyera Mərkəzi

Azərbaycan Respublikasının Gənclər Fondunun nizmanaməsinin 4.7.6 yarımbəndinə əsasən təsisçinin razılığı ilə Fond təsərrüfat cəmiyyətinin yaradılması barədə qərar qəbul edir. Bu qərara əsəsən Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 12 noyabr 2018 il tarixdə təsis olunmuşdur.

Sosial yönümlü fəaliyyət

Güzəştli qiymətlərlə (bəzi hallarda ödənişsiz) hazırlıq kursları təklif etməklə maddi baxımdan həssas təbəqədən olan gənclər üçün potensialını artırmaq imkanı yaratmaq

Gənc istedadların üzə çıxardılması və inkişafı

İstedadlı (savadlı) gənclərin xüsusi proqramlar vasitəsilə xaricdə təhsil və təcrübəyə göndərilməsi

İctimai fəal gənclərin yetişdirilməsi

Təlimlərdə iştirak edən gənclərin gənclər təşkilatlarına, könüllülük fəaliyyətinə, tədbirlərə yönəldilməklə ümumilikdə ictimai fəaliyyətə cəlb olunması

Şəbəkələşmə və sosiallaşma məkanı

Düşərgələr, klublar, əyləncəli tədbirlər vasitəsilə Gənclər arasında ünsiyyətin artırılması

Peşəkar həyata doğru yönləndirmə

Əmək bazarında təklif edilən vakansiyalara uyğun xüsusiləşdirilmiş tədbirlər

Dövlətlə gənclər arasında körpü

Gənclərin doğru istiqamətdə inkişafını təmin etmək məqsədilə, onları mütəmadi dövlət qurumlarında və dövlət məmurları ilə qeyri-rəsmi ortamda görüşlərinin, təqdimatlarının təşkili

Faydalı keçidlər

Google Certified
Microsoft Certified
Apple Certified